"Ukrayna öz ərazilərindən imtina edəcək" - Siyasi şərhçi

14:16 3 Dekabr 2023

"Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olacağına şübhə etdiyini bildirib. Son vaxtlar Ukraynanın döyüş meydanında məğlub olacağına dair müxtəlif proqnoz və iddialar səslənir. Zelenskinin özünün dedikləri də bu iddiaları gücləndirir. Çünki müharibənin başlamasının əsas səbəbi Ukraynanın NATO-ya üzvlük cəhdləri idi. 

Müharibənin bşbaşlayan gündən bəri NATO-nun baş katibi Stoltenberq deyirdi ki, biz Ukraynanın NATO-ya üzvlüyünə inanırıq və bu olacaq. Zelenski də bu fikirdə idi. Qərblə NATO arasında əvvəlki isti münasibətlərin olmadığı aydındır. Kiyev artıq başa düşür ki, NATO-nun oyununa gedib. Ukraynanın NATO-ya üzvlük məsələsinin şirnikləndirici bir məsələ olduğunu da başa düşmək olur. Zelenski eyforiyaya düşərək özünə çox arxayın oldu və onu NATO-ya üzvlüklə bağlı onu aldatdılar.

Lakin ehtimal var ki, gələcəkdə Ukrayna parçalanacaq, yəni Krım, Luqansk, Donbas və s. ərazilər Rusiyada Qalacaq. Müharibə bitdikdən sonra da hansı ərazilər Ukraynada qalıbsa, həmin ərazi ilə də NATO-ya üzv olacaq. Çünki belə bir şərt var ki, ərazisində münaqişə gedən ölkə NATO-ya üzv ola bilməz. Ehtimal ki, Ukrayna NATO-ya üzvlük naminə öz ərazilərindən imtina edəcək".

Siyasi şərhçi Kənan Novruzov,

xüsusi olaraq Sitat.info üçün.



Xəbər xətti