Məlum olduğu kimi, Türkiyədə episentrinin Bursanın Mudanya rayonunda olduğu bildirilən zəlzələ baş verib. AFAD zəlzələnin 5,1 bal gücündə olduğunu bildirib. Zəlzələ İstanbul, Bursa, Kocaeli və Sakaryada da hiss olunub. Zəlzələ dəniz səviyyəsindən 8,98 km dərinlikdə qeydə alınıb. Yapon zəlzələ mütəxəssisi Yoşinori Moriwaki 3 gün əvvəl verdiyi açıqlamada xüsusilə 4-cü bölgəyə diqqət çəkərək, mümkün zəlzələnin Bursa ətrafında baş verə biləcəyini söyləmişdi. Morivakidən daha bir yeni açıqlama gəlib. O, canlı yayımda bu zəlzələnin böyük İstanbul zəlzələsini tətikləyəcəyi ilə bağlı sualı cavablandırıb.
Yapon zəlzələ mütəxəssisi Yoşinori Moriwaki, CNN TÜRK-ün canlı yayımında bu sözləri deyib: "32 ildir Türkiyədəyəm. Zəlzələlər çox tez baş vermir. Amma 3 il əvvəl Silivridə zəlzələ olmuşdu. Məscidin minarəsi uçdu və məktəblərin bəziləri ziyan gördü. Daha sonra Elazığda zəlzələ oldu. Sonra Bingöl, ikinci Elazığ zəlzələsi oldu. Daha sonra Egeydə Manisa, Muğla və İzmirdə zəlzələlər oldu. Konyada keçən il və bu il zəlzələlər olub.
Türkiyədə 6 bölgə var. Anadolu plitəsi, Afrika plitəsi, Qara dəniz, Egey... Bu lövhələr indiyə qədər topladıqları gücü atmağa çalışır. Yalnız Şərqi Anadolu qırılma xətti 500 il qırılmadı, ancaq indi qırılmağa başladı. İndi hər yerdə sınıqlar başlayıb. Dünən baş verən zəlzələ Şimali Anadolu qırılma xəttinin cənub qolunu qırıb. Amma Şimal qolu hələ tam sınmayıb. Mərmərə bölgəsində tez-tez baş verən 4-5 bal gücündə zəlzələlərdən sonra burada da böyük zəlzələlər gözləmək olar. Bu bölgədə zəlzələ ola bilər".
Moriwaki, İzmirdə zəlzələ olduğunu, lakin hələ də öz fay xəttini qırmadığını söyləyərək, İzmirdə yenidən zəlzələnin ola biləcəyinə işarə edib, bunun "təhlükəli" olduğuna diqqət çəkib.
Dənizdə zəlzələ baş verərsə, sunami baş verir. Kiçik zəlzələlər olsa, 1 metr, böyük zəlzələlər olsa, 3 metr ola bilər. Zəlzələ bitəndən sonra bir az yuxarı qalxa bilər.
Ayna,
Sitat.info