Xəyal qurmağı nə qədər sevən birisən?
Bəs xəyallarını hədəfə çevirməyə çalışdınmı? Sənin ən güclü özəlliklərin bu xəyalın hansı hissəsində yer alır?
Bu düşüncən nə qədər gerçəyə yaxındır?
Bunu bacarmaq üçün ilk addımı atdınmı? Yoxsa hələ də "uyğun zaman, uyğun kapital, uyğun çevrə" kimi xarici faktorların yaranmasını gözləyirsən?
Bütün bunları düşünərkən ən önəmlisini irəli çəkmək istəyirəm:
SƏN BUNU HƏQİQƏTƏN İSTƏYİRSƏNMİ?
Kiçik yaşlardan gələcəklə bağlı düşüncələrimiz o qədər zəngin olur ki, bəzən bir cizgi filmi qəhrəmanı kimi, bəzən hər şeyin cavabını asanlıqla tapa bilən bir bilgə kimi özümüzü təsəvvür edirik.
Böyüdükcə xəyal qalsa belə onu gerçəkləşdirmək arzusu arxa plana keçməyə başlayır. Niyə? Zamanmı? Çevrəmi? Axı bilirsən ki, asanlıqla heç nə başa gəlmir. "Sehirli çubuq" dediyin əslində Əzmin və İstiqrarlı olmandır bəlkə?
Bəlkə Səninlə kəşfetmə yolçuluğuna çıxaq, dəyərli dost? Özünü tanımaqla, potensialını kəşf etməklə və ən əsası "kaş ki" deyil, " nə yaxşı ki" deyəcəyin bir ömür inşa etməklə bağlı görmək və duymaq istədiyin nələr var?
Nə düşünürsən, möcüzələri həyatında görmək arzusunda olanlardansanmı?
Axı Sən ÖZÜN onsuz da MÖCÜZƏSƏN.....
Səadət Cabbarova
SİTAT.İNFO