İngiltərə klubu sosial şəbəkə hesabındakı paylaşıma görə küllü miqdarda cərimələnib

18:40 11 Oktyabr 2024

İngiltərənin "Nottinqem Forest" klubu sosial şəbəkə hesabındakı paylaşıma görə 750 min funt-sterlinq (təxminən 980 min dollar) məbləğində cərimələnib.

Sitat.info Report-a əsasən xəbər verir ki, ötən mövsüm "Luton Taun"la birgə Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "ağ-qırmızılar" "Everton"a 0:2 hesablı məğlubiyyətdən sonra maraqlı paylaşımla diqqət çəkib.

Belə ki, klubun sosial şəbəkə hesabına nəzarət edən işçi "Everton"la matçdakı VAR hakimi Stüart Atveli "Luton Taun" azarkeşi olmaqda ittiham edib. Həmin ifadələrə görə "Nottinqem Forest" klubu İngiltərə Futbol Assosiasiyası tərəfindən cəriməyə məruz qalıb.



Xəbər xətti