Kriştianu Ronaldu bu dəfə saat biznesinə başlayır

18:50 14 Oktyabr 2024

Məşhur portuqaliyalı idmançı karyerasının müxtəlif mərhələlərini əks etdirən saat kolleksiyası seriyasını buraxmaq qərarına gəlib.

Sitat.info Oxu.Az-a istinadla xəbər verir ki, Kriştianu Ronaldu bu barədə şəxsi "X" sosial şəbəkəsində paylaşım edib.

Ronaldu həmişə öz saat kolleksiyasına sahib olmaq istədiyini, həmçinin bu saatların hər kəsin xoşuna gələcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, Ronaldu daha öncə özünə məxsus ətir, alt paltarı, buts markalarını yaratmışdı.



Xəbər xətti