İslandiya-Türkiyə oyunu ilə bağlı qərar verildi

19:36 14 Oktyabr 2024

UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya-Türkiyə oyunu təxirə salına bilər.

Sitat.info Qol.az-a istinadən xəbər verir ki, oyunun bu gün Bakı vaxtı ilə saat 22.45-də başlaması nəzərdə tutulub. Lakin Türkiyə mediasının yazdığına görə, matçın keçiriləcəyi "Laugardalsvöllur" stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsi var.

Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. İclasda təxirəsalınma ilə bağlı qərar verilməyib.

Ancaq bu gün meydança yenidən yoxlanılacaq və oyunun təxirə salınıb-salınmayacağına dair UEFA qəti qərar verəcək.

O da bildirilib ki, "Laugardalsvöllur" stadionunun meydançanının isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir.

Məlumata görə, təxirə salınma qərarı verilərsə, matç oktyabrın 15-i keçiriləcək.

Qeyd edək ki, oyunun keçiriləcəyi Reykyavik şəhərində bu gün 4 dərəcə şaxta var.

***

İslandiya-Türkiyə matçı təxirə salınmayacaq.

Son məlumata görə, meydançada aparılan bugünkü yoxlanışdan sonra oyunun əvvəlcədən nəzərdə tutulan vaxtda (bu gün Bakə vaxtı ilə saat 22:45-də) başlanmasına qərar verilib.



Xəbər xətti