“Biz mümkün qədər çox qədim ənənələrimizi, irsimizi əks etdirməliyik. Təbii ki, bunun üçün bu işin həm peşəkarları, həm də fədailəri olmalıdır. Milli geyim hazırlamaq heç də asan deyil, çox vaxt aparır və peşəkarlıq tələb edir. Bir milli geyim hazırlayana qədər üç mövsümün geyimini tikmək olar”.
Sitat.info Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova deyib.
Mayın 6-da Bakıda keçirilən “Qarabağ Azərbaycandır! Şuşa - Ənənədən Gələcəyə” adlı böyük dəfilə gecəsinə qatılan modelyer bu kimi tədbirlərin silsilə xarakter daşımasının önəmini vurğulayıb:
“Orada istifadə olunan gözəl geyimlər Qarabağ xanlarına, bəylərinə, xanımlarına məxsusdur, onların dəbidir. Bizim mənfur düşmənlərimiz, ermənilər o geyimləri təkrarlaya bilməzlər, nə də zamanında o geyimlərdən geyiniblər. Arxiv görüntülərində onların geyimləri çox kasad, adi görünür. Bu, böyük bir faktdır. Bu baxımdan Qarabağ milli geyimlərinin inkişafı, onların tədqiq olunması, müvafiq elmi işlərin yazılması, kolleksiya, dəfilələr hazırlanması çox böyük bir işdir”.