Mingəçevirdə dəhşətli hadisə: Ata qızını dirəyə bağlayıb gedirmiş... VİDEO

09:29 12 May 2022

Mingəçevirdə insanlığa sığmayan hadisə baş verib. Ata psixi pozuntulardan əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını iplə bağlı saxlayıb.

Hətta onu döydüyü bildirilir. Hadisə ictimailəşən kimi kişi şübhəli şəxs qismində saxlanaraq istintaqa cəlb edilib.

Bununla bağlı bəzi internet portallarında fotoşəkillər yayılıb. Məhz bundan sonra hüquq mühafizə orqanları hərəkətə keçib.

Ailə Mingəçevir şəhərində kirayədə yaşayır. Qonşular onların təxminən 5 ay öncə bura köçdüklərini deyirlər. Ailənin qonşularla münasibətləri də olmayıb. Hadisədən isə küçəyə polislər gəldikdən sonra xəbər tutduqlarını bildirirlər.

19 yaşlı qızın, atası tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum edilməsi barədə şəhər prokrorluğu da məlumat yayıb.

Fakta görə Cinayət Məcəlləsinin "fiziki əzab verməklə işgəncə vermə" və "qanunsuz olaraq azadlıqdan məhrum etmə" maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə ata şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istinraq tədbirləri davam etdirilir.

 

 



Xəbər xətti