"Liverpul" mümkün çempionluqdan asılı olmayaraq parad keçirəcək

15:28 19 May 2022

Liverpul" İngiltərə Premyer Liqası və UEFA Çempionlar Liqasını qazanıb-qazanmamasından asılı olmayaraq, çempionluq paradı keçirəcək.

http://Sitat.info klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbir mayın 29-na - İspaniya "Real Madrid"i ilə ÇL-in final oyunundan bir gün sonraya təyin olunub.

Mersisayd təmsilçisi sözügedən turnirlərdə qalib olmasa belə, İngiltərə Kuboku və Liqa Kubokunu qazanmasını qeyd edəcək. Paradda futbolçuların olduğu avtobus təqdim olunacaq.

Qeyd edək ki, "Liverpul" Premyer Liqada 37 turdan sonra 89 xalla 2-ci pilədə qərarlaşıb. Son tur öncəsi "qırmızılar"ı lider "Mançester Siti"dən cəmi 1 xal ayırır.



Xəbər xətti