Rusiyanın Moskva şəhərində keçirilən Poddubnı Beynəlxalq Güləş Liqası turnirində iştirakçılar, məşqçilər və azarkeşlər arasında kütləvi dava olub.
SİTAT.İNFO xəbər verir ki, hadisə 66 kiloqrama qədər çəkidə idmançılar arasında pankration üzrə yarımfinal döyüşləri zamanı baş verib. Döyüşçülər İslam İsayev və Ratmir Xayrullin əlbəyaxa olublar, onlara komandalarının üzvü olan idmançılar və azarkeşlər də qoşulublar. Dava polis tərəfindən dayandırılıb.
Poddubnı Beynəlxalq Güləş Liqasının turniri ilk dəfədir ki, keçirilir. Buraya həm olimpiya güləşi, həm də pankration və qrapplinq üzrə yarışlar daxildir. Hər çəki dərəcəsində 16 idmançı çıxış edir.//oxu.az