Poqba İngiltərəni tərk edir - Yeni klubu da məlumdur

13:55 21 May 2022

Pol Poqba "Mançester Yunayted"dən ayrılır.

Offsideplus.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı fransalı yarımmüdafiəçi sabiq komandası "Yuventus"la anlaşıb. O, azad agent kimi Turin təmsilçisinə keçəcək. Onunla 3 illik sözləşmə imzalanacaq.

Poqba  "qoca sinyora"dan ilik 7.5 milyon avro maaş alacaq.

Qeyd edək ki, Fransa yığmasının üzvü 2016-ci ildən "qırmızı şeytanlar"da çıxış edirdi.



Xəbər xətti