Varşava Universitetində Azərbaycan mədəniyyəti təqdim olundu  - FOTO

22:02 23 May 2022

Varşava Univetsitetində keçirilən Mədəniyyət Günündə (Cultural Hotspot - 2022) azərbaycanlı tələbələr ölkəmizin mədəni irsini təqdim ediblər. 

Ənənəvi Mədəniyyət Gününə universitetdə təhsil alan gənclərimiz ölkəmizin Polşadakı səfirliyinin və Varşavadakı Azərbaycan Evinin dəstəyi ilə qatılıblar. Tədbirdə Azərbaycanın dövlət atributları, milli geyimlər, musiqi alətləri, tarixi abidələrimiz və görməli yerlərimizi əks etdirən fotolar, tanıtım kitabçaları, bukletlər və kulinariya nümunələri ilə zəngin stend təqdim edilib. Azərbaycan mahnı və rəqslərindən ibarət proqram nümayiş olunub. 

Tədbirdə müxtəlif ölkələrin mədəniyyətinə dair mühazirələr dinlənilib, Varşava Univetsitetində təhsil alan xarici tələbələr bir-biri ilə sıx təmasda olub, kulinariya nümunələrini dequstasiya ediblər. 

Cultural Hot Spot - 2022 Varşava Univetsitetində təhsil alan Azərbaycan, Ukrayna, Türkiyə, Belarus, Hindistan, Çin və digər ölkələrdən olan 3 mindən çox xarici tələbəyə öz ölkəsinin mədəniyyətini təqdim etmək imkanı yaradıb.



Xəbər xətti