Tanınmış sabiq futbolçu “Səbail”in baş məşqçisi oldu - FOTO

18:20 26 May 2022

“Səbail” klubuna yeni baş məşqçi təyin olunub. 

SİTAT.İNFO xəbər verir ki, bu barədə klubun "Facebook" səhifəsinə məlumat yerləşdirilib. 

Paytaxt təmsilçisini tanınmış sabiq futbolçu Mahmud Qurbanov çalışdıracaq. 

“Neftçi”nin əvəzedici heyətindən yenicə ayrılan 49 yaşlı mütəxəssis gələn mövsümdən Premyer Liqada “Səbail”ə rəhbərlik edəcək. O, bu postda Aftandil Hacıyevi əvəz edib.

Bir 1 kişi ve yazı görseli olabilir



Xəbər xətti