Məşhur futbolçu "Real"a keçdi

16:42 2 İyun 2022

"Çelsi"dən ayrılan Antonio Rudiger "Real"a keçib.

Offsideplus.az xəbər verir ki, bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb. Almaniyalı müdafiəçi azad agent kimi "kral klubu"na transfer olub.

Onunla iyunun 20-si rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Rudiger 2017-ci ildən "Çelsi"də çıxış edirdi.

 



Xəbər xətti