Bu gün UEFA Millətlər Liqasının 1-ci turunda növbəti oyunlar keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, A, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutacaq.
A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa Danimarkanı qəbul edəcək. Qrupun digər matçında Xorvatiya və Avstriya komandaları üz-üzə gələcəklər.
4-cü qrupda isə Belçika və Niderland komandaları münasibətlərə aydınlıq gətirəcək.
Azərbaycan yığması C Liqasının 3-cü qrupunda Qazaxıstanın, Slovakiya isə Serbiyada Belarusun qonağı olacaq.
UEFA Millətlər Liqası
3 iyun
A Liqası, 1-ci qrup
22:45. Fransa – Danimarka
22:45. Xorvatiya – Avstriya
A Liqası, 4-cü qrup
22:45. Belçika – Niderland
C Liqası, 3-cü qrup
18:00. Qazaxıstan – Azərbaycan
22:45. Belarus – Slovakiya
D Liqası, 1-ci qrup
20:00. Latviya – Andorra
22:45. Lixtenşteyn – Moldova