Bunun üçün 10 il çalışdılar! Ayın ən detallı xəritəsi görün necə görünür... FOTO

14:21 13 İyun 2022

Çin alimləri Ayın indiyədək ən ətraflı xəritəsini hazırlayıblar/ Çin Elmlər Akademiyasının Geokimya İnstitutunun və digər təşkilatların tədqiqatçıları bu xəritəni hazırlamaq üçün Ay missiyalarından məlumat toplamağa on il sərf ediblər.
SİTAT.İNFO xəbər verir ki, mayın 30-da “Science Bulletin” elmi jurnalında dərc olunan məqalədə bu cür xəritələrin elmi tədqiqatlarda, kəşfiyyat işlərinin planlaşdırılmasında və insanlarn  göndərildiyi  Ay missiyaları üçün eniş yerlərinin seçilməsində mühüm rol oynayacağı bildirilib.

Ayın səthinin tərkibini və quruluşunu təfərrüatlı şəkildə əks etdirən araşdırma 2012-ci ildə iki geoloq Ouyang Ziyuan və Liu Jianzhong tərəfindən başladılıb.

Tədqiqatçılar bu 1: 2,5 milyon miqyaslı xəritəni yaratmaq üçün əvvəlcə Ayı 30 hissəyə bölüblər və ayrı-ayrılıqda xəritə çəkiblər. Sonra bu hissələr birləşdirildi və tam xəritə yaradılıb.

Bundan əvvəl ABŞ Geoloji Xidmətindən bir qrup da Ayın son dərəcə müfəssəl xəritəsini dərc etmişdi.

Bununla belə, Liu, 2020-ci ildə tamamlanan 1:5 milyon miqyaslı xəritənin yenisi qədər detallı olmadığını vurğuladı. Çünki miqyas məxrəci artdıqca kiçilmə nisbəti də artır, yəni detal azalır.
Yeni xəritədə 81 təsir hövzəsi, 17 qaya növü və 14 relyef forması ətraflı təsvir edilib.

Tədqiqatda Çinin Ay Kəşfiyyat Proqramı çərçivəsində həyata keçirdiyi "Change" missiyalarından əldə edilən məlumatlar əsas mənbə kimi istifadə edilib.

Lakin tədqiqatçılar beynəlxalq kəşfiyyat proqramlarından yüksək keyfiyyətli məlumat dəstlərindən də faydalandılar.

Həm Çin, həm də İngilis versiyaları olan xəritənin yaxın günlərdə yayımlanması gözlənilir.

Safura,

SİTAT.İNFO



Xəbər xətti