Azərbaycan və Belarus yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunu keçirilib.
SİTAT.İNFO xəbər verir ki, Azərbaycan millisi 76-cı dəqiqədə hesabı açıb. Yığmamızın heyətində Mahir Emreli baxımlı qola imza atıb.
Ardınca 94-cü dəqiqədə Ramil Şeydayev də fərqlənməyi bacarıb.
Qeyd edək ki, dörd oyundan sonra Qazaxıstan seçməsi 10 xalla liderdir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə iki xalla sonuncu yerdədir.