Basketbol üzrə Azərbaycan millisi Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, A qrupunda yer alan yığma I turda ev sahibləri ilə qarşılaşıb.
Görüş Aleksandar Trifunoviçin rəhbərlik etdiyi kollektivin 71:73 hesablı məğlubiyyəti ilə başa çatıb.
Yığma növbəti matçında iyunun 29-da Andorra ilə üz-üzə gələcək.
Digər qrupda San-Marino, Ermənistan və Cəbəllütariq komandaları mübarizə aparacaqlar.