"Geniş heyətimiz var. Çərçənbə axşamı bizi "Qarabağ"la çətin səfər matçı gözləyir".
Qol.az xəbər verir ki, bu sözləri Polşa "Lex"inin baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda "Qarabağ"la keçiriləcək cavab matçı haqda danışarkən deyib.
Niderlandlı mütəxəssis klubun televiziyasına müsahibəsində onları Bakıda ağır oyunun gözlədiyini bildirib: "Şübhəsiz ki, asan oyun olmayacaq. Bizi çətin döyüş gözləyir. Bir məşqçi kimi mən 22-23 oyunçudan ibarət komandadan istifadə etməliyəm. Bu, mənim və bütün heyətin vəzifəsidir. İşimiz nəticədən asılı olmayaraq bütün komandanı görüşə hazırlamaqdır".
Xatırladaq ki, “Qarabağ” – “Lex” cabab oyunu iyulun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Poznandakı ilk oyun "Lexi"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.