"Vulverhempton"un meneceri: "Renat Dadaşovla işləmək xoş idi"

17:10 9 İyul 2022

İngiltərənin "Vulverhempton" klubunun istedadlı oyunçular üzrə marketinq meneceri Met Cekson Azərbaycan millisinin futbolçusu Renat Dadaşova təşəkkürünü bildirib.

Sitat.info Report-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəsmisi İsveçrə "Qrasshopper"inə keçən 23 yaşlı hücumçuya uğurlar arzulayıb.

"3 il ərzində göstərdikləri səylərə görə klubun adından ona təşəkkür edirəm. Dadaşovla işləmək xoş idi. Ümid edirik ki, yeni komandasında əla karyera quracaq" - Cekson vurğulayıb.

Qeyd edək ki, Renat Dadaşov "Vulverhempton"la 2+1 illik müqavilə imzalayıb.



Xəbər xətti