Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.
73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı idmançı finalda gürcüstanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Laşa Şavdatuaşvilini qızıl xal bölümündə məğlub edib.
Eyni çəki dərəsində mübarizə aparan Rüstəm Orucov 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradanı yenib.