Rafael Fiziyevdən UFC-də növbəti qələbə: Rəqibini nokauta saldı - VİDEO

10:21 10 İyul 2022

MMA döyüşçüsü Rafael Fiziyev ilk dəfə Azərbaycan bağyarğı altında Mütləq Döyüş Çempionatında (UFC) görüşünə çıxıb.

SİTAT.İNFO xəbər verir ki, 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqasda braziliyalı Rafael dus Anyusa qalib gəlib. 

Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibindən nokautla üstün olub.

Qeyd edək ki, Rafael Fiziyev UFC-də ardıcıl 6-cı qələbəsini qazanıb.



Xəbər xətti