Ərəb şeyxindən Ronaldoya fantastik təklif

13:32 14 İyul 2022

İngiltərə nəhəngi "Mançester Yunayted"də çıxış edən Kriştiyano Ronaldoya Səudiyyə Ərəbistan klublarının birindən dodaquçurdan təklif edilib.

Sitat.info xəbər verir ki, iddiyaya görə, klub Ronaldoya 2 illik müqavilə və mövsüm başına 125 milyon avro təklif edib.

Premyer Liqada yeni mövsümə hazırlaşan ""Mançester Yunayted"də Ronaldonun klubdakı taleyi dəqiqləşməyib.

“NTV Spor”un xəbərinə görə,  Səudiyyə Ərəbistanından bir komanda Ronaldo üçün "Mançester Yunayted"ə 30 milyon avroluq transfer təklifi edib.

Qeyd edək ki, hazırda adı Avropa klubları ilə anılan Ronaldo ilə "Çelsi" və "Bavariya"nın da maraqlandığı iddialar arasındadır.



Xəbər xətti