“İnnovativ Media” Jurnalistlərin Peşəkarrlığının Artırılmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Ermənistanın müharibə cinayətləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması” adlı sənədli filmin çəkilişlərinə başlayır.
SİTAT.İNFO xəbər verir ki, Layihənin ideyası 30 ilə yaxın müddətdə işğal altında saxlanılan ərazilərimizdə ermənilər tərəfindən törədilən müharibə cinayətləri haqqında beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır. Bunun üçün həmin cinayətlər və ermənilərin törətdiyi vəhşiliklərlə bağlı tarixi faktlar toplanacaq, onun əsasında sənədli film çəkiləcək. Beynəlxalq ictimaiyyətin məlumatlanması, tarixi faktlar haqqında ətraflı məlumat ala bilməsi üçün hazırlanmış materiallar ingilis dillərində təqdim ediləcək.
Eyni zamanda, hazırlanmış materiallarda Ermənistanın Azərbaycana qarşı törtədiyi və bu günə qədər beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalan müharibə cinayətlərinə diqqət çəkiləcək.
SİTAT.İNFO