Bu serialın da adı başlamadan dəyişdirildi - FOTO

22:20 15 Oktyabr 2022

Yaxın zamanda yayımlanması gözlənilən "Cennetin çocukları" serialının adı dəyişdirilib.

Sitat.info xəbər verir ki,  ekran işi artıq "Yürek çıkmazı" adlanacaq. Layihənin baş rolları isə aktyorlar Alp Navruzla İrem Helvacıoğluya həvalə olunub.

Qeyd edək ki, bundan əvvəl sözügedən obraz Alpın sevgilisi aktrisa Ayça Ayşin Turana təklif olunsa da o, bundan imtina etmişdi. Ayça sevgilisiylə ikinci dəfə eyni serialda rol almasının karyerasına mənfi təsir edəcəyini düşündüyünü bildirmişdi./axsam.az



Xəbər xətti