Dado Natavanın açıqlamasından sonra bu paylaşımı etdi

17:12 17 Oktyabr 2022

Reper Dado (Səid Əliyev) keçmiş həyat yoldaşı Natavan Həbibinin onunla bağlı açıqlamasından sonra instaqram hesabında paylaşım edib. 

Axşam.az xəbər verir ki, o, övladı Zeynin şəklini yayımlayıb. 

Dado fotoya "Hər zamanım və saniyəm. Allaha çox şükür... Allah bütün balaları saxlasın" sözlərini yazıb. 

Qeyd edək ki, Natavan münasibətləri haqda "Filmdir, baxın... Bu mövzuları uzadıb, danışmaram. Danışılırsa, nə reaksiya verim? Alınmadı, boşanma prosesi gedir, məhkəməyə də gəlmir. Evin içində olur, efirdə danışmaq nəyə lazım? Neçə ildir boşanma prosesi ilə məşğuluq. Gah barışırıq, gah alınmır, gah məhkəməyə gəlmir. Biz valideynik, belə də qalacaq. Gəlirdi, uşaqla oynayırdı, lazım olanda qalırdı. Dostuq... Danışır, sonra gəlir keçirik söhbətin üstündən" açıqlamasını verib. 



Xəbər xətti