MTV-nin efirində müğənnilər arasında qalmaqal - Video

15:36 19 Oktyabr 2022

MTV-də yayımlanan "Səhərin səsi" proqramında qonaq olan müğənnilər Sabir Əliyevlə Elvin Mirzəzadə arasında mübahisə düşüb. 

Axşam.az xəbər verir ki, qalmaqala səbəb aparıcılardan birinin Elvinin mahnısı haqda Sabirə ünvanladığı "Bəyənirsiniz bu cür mahnıları" sualı olub. 

Elvin sualı bəyənməyib və irad tutub. O bildirib ki, mahnısı Şərq stilində deyil, "Qaytağı" ritmindədir. 

Buna etiraz edən Sabir isə ona aqresiv münasibət göstərib. O bildirib ki, Elvinin mahnısı ləzginka ritmindədir:

"Azərbaycan musiqisində bu ritmlər yoxdur. Ləzginka ritmidir. Bir musiqiçi olaraq, mənim üçün belədir. Xoşum gəlmədi dedi ki, toyda yaxınlaşıb ritm işarəsi göstərilməsin. Mənə ləzzət edir, etsinlər, oxuyacam. Millətin musiqisi budur".

Elvin isə Sabirin onu gözdən salmağa çalışdığını iddia edib. Mübahisə böyüdüyü halda Elvin studiyanı tərk edib. Daha sonra isə Sabir də studiyadan onun arxasınca gedib. Qısa fasilədən sonra Sabir studiyaya qayıtsa da, Elvin geri gəlməyib. 



Xəbər xətti