"Bildiklərimi danışsam... " -  Vüsalə Əlizadə (VİDEO)

15:20 22 Oktyabr 2022

Aparıcı Vüsalə Əlizadə yeni açıqlaması ilə diqqət çəkib. 

Manset.az xəbər verir ki, o, aparıcısı olduğu "7 canlı" verilişində bəzi həmkarlarının onu gözü götürmədiyini və ünvanına söz atdıqlarını deyib.

Əlizadə öz verilişi vasitəsilə onlara "Bildiklərimi danışsam, nəinki reytinqdə, dünyada birinci olaram" ismarışını yollayaraq insanların şəxsi həyatı üzərində reytinq quranları qınayıb:

"Bostanıma daş atıblar, tələ qurublar ki, Vüsalə cavab versin. Bütövlükdə hər şeylərini bilsəm də, susmuşam. Mən xoşbəxt olanda kimsə qarışır? Niyə pis olanda hamı insanın üstünə gəlir? Yaşatdıqlarınızı yaşamadan bu dünyadan köçməyəcksiniz. Kiminsə yaşantısı üstündən sevinmək, reytinq qurmaq. Bildiklərimi danışsam, nəinki reytinqdə, dünyada birinci olaram".

Ətraflı videoda:

 

 



Xəbər xətti