Serdar Ortaç üsyan etdi

23:58 28 Oktyabr 2022

Türkiyəli məşhur müğənni Serdar Ortaç ötən gün baş tutan konsertində verdiyi açıqlamaları ilə diqqət çəkib.

Sitat.info xəbər verir ki, səhnəyə rəqqasları ilə birgə çıxan sənətçi səhhətinin yaxşı olduğunu deyib:

"Şükürlər olsun ki, artıq səhhətim yaxşıdır, bu gecə kefim də yerindədir".

Konsert zamanı dinləyiciləri ilə söhbətləşən müğənni qədrinin bilinmədiyini deyib.

“Qədrimi mən öləndən sonra biləcəksiz. Onda deyəcəksiz ki, bu adam bu mahnıları necə yazıb?!", - deyə sənətçi vurğulayıb.

 

/Manset.az



Xəbər xətti