Türkiyənin tanınmış aktyoru, yazıçı və jurnalist Rıza Akın dünyasını dəyişib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir çox uğurlu layihələrdə rol alan, sonuncu dəfə “Sevmədim demə” filmi ilə böyük ekranlara çıxan Rıza Akın 65 yaşında vəfat edib.
Belə ki, ötən gün vəziyyəti pisləşən aktyoru xəstəxanaya aparıblar. Aparılan yoxlamalardan sonra onun beyninə qan sızdığı məlum olub. Dərhal əməliyyat olunan Akının müalicəsi reanimasiya şöbəsində davam etdirilib. Lakin o, bu gün səhər saatlarında həyatını itirib.
Qeyd edək ki, bir çox serial və filmlərdə rol alan aktyor yaddaşlarda daha çox “Alev Alev”, “Kardeş Payı”, “Maral”, “Cesur Yürek”, “Can Evim”, “Dayı” kimi seriallardakı rolları ilə qalıb.