“Aylardır maaş ala bilmirik” - Nazirə müraciət etdilər

12:27 4 Noyabr 2022

Bu günlərdə Sumqayıt Dövlət Dram Teatrının kollektivi mədəniyyət naziri Anar Kərimova videomüraciət ünvanlayıb. Onlar aylardır teatra direktor təyin olunmadığını, maaşlarının gecikdirildiyini iddia ediblər.

“Qafqazinfo” məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: “Oktyabr ayı üçün əməkhaqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək”.



Xəbər xətti