Böyük Azərbaycan ədibi və publisisti Cəlil Məmmədquluzadənin ev muzeyi 1920-1932-ci illərdə yaşayıb yaratdığı mənzildə yaradılıb.
Muzey Azərbaycan Respublikası hökumətinin 1978-ci ildə verdiyi qərarla Bakı şəhəri, Süleyman Tağızadə küçəsi (köhnə Poçt küçəsi), 56 ünvanında yerləşən evdə yaradılıb, 1994-cü il, 28 dekabrda C.Məmmədquluzadənin anadan olmasının 125 illiyi ərəfəsində açılıb.
Muzeydə C.Məmmədquluzadə və digər mollanəsrəddinçilərin həyat və fəaliyyətini əks etdirən 3000-ə yaxın eksponat toplanıb. Onların 500-ə yaxını muzeyin ekspozisiyasında nümayiş etdirilir.
PhotoStock.az-ın C.Məmmədquluzadənin ev muzeyindən hazırladığı fotoreportajı təqdim edirik: