Yasamal rayonu, “Sovetski” küçəsində yerləşən tarixi “Təndir hamamı” xarabalığa çevrilib.
XVIII əsrə aid tikili hazırda narkotik istifadəçilərinin yuvasına çevrilib. Uzun müddətdir baxımsız vəziyyətdə qalan mədəniyyət abidəsində bu gün mədəniyyətin izi-tozu qalmayıb.
Restavrasiyasına ehtiyac duyulan bu qədim tikili məişət tullantılarına da ev sahibliyi edir. Belə ki, tavanı, pəncərəsi, divarları dağıdılmış məkanda dörd tərəf zibillərlə əhatələnib.
PhotoStock.az-ın ərazidən hazırladığı fotoreportajı təqdim edirik: