Mbappe bu göstəricidə DÇ tarixində rekorda sahib oldu

08:36 5 Dekabr 2022

Fransa millisinin üzvü Kilian Mbappe dünya çempionatları tarixində rekorda imza atıb.

“Sitat.info” xəbər verir ki, o, buna DÇ-2022-nin 1/8 finalında Polşa ilə matçda (3:1) dubl etməklə nail olub.

Nəticədə Mbappe mundialda vurduğu qolların sayın 9-a çatdırıb. Bununla da 24 yaşlı hücumçu rekorda imza atıb. İndiyədək heç bir oyunçu mundialda 24 yaşınadək 9 qol vura bilməyib.

Həmçinin Mbappe mundiallardakı qol sayına görə Argentina yığmasının kapitanı Lionel Messiyə çatıb. Belə göstərici üçün Mbappeyə 11, Messiyə isə 23 matç lazım olub.

Mbappe 2017-ci ildən Fransa millisinin üzvüdür. O, mundiallardakı ilk 4 qolunu Rusiyada keçirilən DÇ-2018-də vurub. Həmin vaxt forvard Fransa millisi ilə dünya çempionu adını qazanıb. Mbappe digər qollarına isə DÇ-2022-də imza atıb.

 

 



Xəbər xətti