Pelenin səhhəti getdikcə yaxşılaşır

00:13 7 Dekabr 2022

Əfsanəvi braziliyalı futbolçu Pelenin səhhəti getdikcə yaxşılaşır.

Bu barədə 82 yaşlı üçqat dünya çempionunun həkimləri məlumat veriblər.

“Pele getdikcə yaxşılaşmağa davam edir. Onun həyati funksiyaları sabit, huşu özündədir və adi palatada qalır”, - həkim komandasının açıqlamasında bildirilib.

Qeyd edək ki, Pele ötən həftə xəstəxanaya yerləşdirilib. Braziliyalıya COVID-19 ilə ağırlaşan tənəffüs yoluxucu infeksiyası diaqnozu qoyulub.

Futbolçunun qızı Flaviya bildirib ki, Pele hələ də bağırsaq xərçənginin remissiyasına nail olmayıb, lakin həkimlərlə müalicəni tənzimləyərək mübarizəni davam etdirir.

Mənbə: rbc.ru



Xəbər xətti