Xuraman Əlizadə TƏƏCCÜBLƏNDİRDİ: "Mənə xəyanət olunsa... - VİDEO

16:06 8 Dekabr 2022

"Adını çəkməyəcəm, çox sevdiyim bir insan var. Bu sahədə çox tanınmış şəxsdir. Onunla belə bir rəyə gəlmişik. Əgər qadına qarşı xəyanət varsa, bundan çıxış yolu üçün iki variant mövcuddur. Ya ayrılırsan, ya da taleyinlə barışıb ailəni davam etdirirsən".

 Sitat.info xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə deyib. "Mən" adlı yutub kanalına qonaq olan aktrisa əri tərəfindən ona xəyanət edilərsə, bağışlayacağını bildirib:

"Düşünürəm ki, mənə xəyanət olunsa, bağışlayacam. Çünki hər hansı bir insana görə istəmərəm ki, ailəmdə söz-söhbət yaransın. Xəyanət bəylərdə müəyyən yaşa qədər olan bir şeydir. Kişi xəyanət edəndə beyni ilə düşünmür. Ona görə bağışlamaq olar. Sizə deyim ki, 99 faiz xanımlar xəyanəti bağışlayar".

/Baku.ws



Xəbər xətti