“Təəssüf ki, dünən yuxu bitdi” - Ronaldo

19:11 11 Dekabr 2022

DÇ-2022-nin 1/4 finalında Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

“Sitat.info” xəbər verir ki, Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ölkəsinin dünya kuboku qazana bilməməsi ilə bağlı instaqram hesabında paylaşım edib:

“Portuqaliya üçün dünya kubokunu qazanmaq karyeramın ən böyük və iddialı arzusu idi. Sevinirəm ki, bir çox beynəlxalq titullar qazanmışam, lakin ölkəmizin adını dünyada ucalara çıxarmaq ən böyük arzum idi.  Bu arzum üçün çox mübarizə apardım. 16 ildə dünya çempionatlarında qol vurduğum 5 matçda həmişə oyunçular və milyonlarla portuqaliyalının dəstəyi ilə əlimdən gələni etdim. Mübarizədən heç vaxt üz döndərməmişəm və bu arzumdan əl çəkməmişəm. Təəssüf ki, dünən yuxu bitdi.

Zamex.az -da yeni fürsətlər... 

Hamının bilməsini istəyirəm ki,  çox fərziyyələr var, amma mənim Portuqaliyaya olan bağlılığım bir dəqiqə belə dəyişməyib. Həmişə həmin məqsəd uğrunda mübarizə aparmışam və heç vaxt həmkarlarımdan və ölkəmdən üz döndərməmişəm. Hələlik, başqa sözüm yoxdur. Təşəkkürlər Portuqaliya, təşəkkürlər Qətər.

Ümid edirəm ki, bundan sonra yaxşı məsləhətçi olacaq və hər kəsə öz nəticələrini çıxarmağa imkan verəcək”.

Qeyd edək ki, DÇ-2022 37 yaşlı Ronaldonun karyerasında sonuncu dünya çempionatı idi.

/Qafqazinfo

 



Xəbər xətti