Türkiyədə 1 milyonluq sual müzakirələrə səbəb oldu - Video

00:18 12 Dekabr 2022

Türkiyənin ATV telekanalında yayımlanan “Kim milyoner olmak ister” verilişində 3 illik aradan sonra ilk dəfə bir iştirakçı 1 milyonluq suala qədər gələ bilib.

“Sitat.info” xəbər verir ki, iştirakçıya təqdim oluanan 1 milyonluq sual “Dədə Qorqud boyu” ilə bağlı olub.

Belə ki, iştirakçıya təklif olunan cavablarda ona hansı xarakterin “Dədə Qorqud boyu”da iştirak etmədiyi soruşulub.

Sözügedən verilişdə verilən sual sosial şəbəkələrin Azərbaycan seqmentində də müzakirələrə səbəb olub.

Belə ki, sosial şəbəkə istifadəçiləri sualın asan olduğunu bildiriblər.

Qeyd edək ki, iştirakçı sualla bağlı tərəddüt etdiyi üçün cavab verməkdən imtina edib. O, oyunu 400 min TL (36492 AZN) lə tərk edib.

Sualın cavabı isə A variantı "Bala Hatun" olub.

Həmçinin, 20 yaşlı Batu Alıcı Boğaziçi Universitetində Elektrik və Elektronika ixtisası üzrə təhsil alır. O, universitetə giriş imtahanında ölkə üzrə 404-cü olub.

/Qafqazinfo

 



Xəbər xətti