Argentina millisinin DÇ-2022-nin yarımfinalında Xorvatiyaya qalib gələrək (3:0) həlledici matça vəsiqə qazanması bu ölkədə bayram əhval-ruhiyəsi yaradıb.
Sitat.info xəbər verir ki, oyun bitdikdən dərhal sonra küçəyə axışan on minlərlə fanat qələbəni möhtəşəm şəkildə bayram ediblər. Onların bir qismi isə şəhərin mərkəzi küçələrində quraşdırılmış iri monitorlar vasitəsilə matçı canlı izləyiblər. Lionel Messi və dostlarının bu uğuru Buenos-Ayresdə möhtəşəm mənzərənin yaranmasına səbəb olub. Paytaxtın mərkəzi meydanına yığışan çılğın argentinalılar milli komandanın şəninə şüarlar səsləndirib, mahnılar oxuyublar.
Fanatların bir hissəsi Argentina futbolunun əfsanəsi Dieqo Maradonanın evinin önünə yığışaraq onu coşquyla anıblar.
Həmin anlardan seçilmiş ən baxımlı fotoları təqdim edirik:
/Publika.az