Ayxan Abbasov: "Artıq ikinci oyundur rəqibə penalti "hədiyyə edirik"

17:22 15 Dekabr 2022

"Cərimə meydançasında yıxılanda da əlini qorumalısan. Artıq ikinci matçdır ki, rəqibə belə penalti "hədiyyə edirik".

Sitat.info-nun məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis sıx qrafiklə oynadıqlarını bildirib: "İtkilərimiz və cəzalı oyunçularımız var. Buna baxmayaraq, digər görüşlərə hazır olmağa çalışacağıq".

O, "Neftçi"nin təcrübəli komanda olduğunu söyləyib: "Rəqibin müdafiəsini yarmağa çalışdıq. Qəbələ qazanmaq istəyirsənsə, şansları dəyərləndirməlisən. Bu gün son nöqtəni qoya bilmədik. Futbolda belə hallar olur. Daha diqqətli oynamalıyıq".



Xəbər xətti