Qurban Qurbanovun oğlunu görün Avropanın hansı klubu almaq istəyir

19:20 16 Dekabr 2022

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşanın “Poqon” klubunun oğlu Musa Qurbanlı ilə maraqlandığını təsdiqləyib.

"Report"un məlumatına görə, 50 yaşlı mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

Lakin o, hələlik kluba rəsmi təklif gəlmədiyini bildirib: "Tam ciddi nəsə olarsa, fikir bildirə bilərik. Belə qərarlarda çox ehtiyatlı və həssas olmalıyıq. Bəzən təklif gəlib deyə futbolçumuzu Avropaya göndərməklə, onu "yandıra" bilərik. Odur ki, çox götür-qoy etməliyik. Təklif gəldikdən sonra müzakirə edmək olar ki, Musanın qalması və ya getməsi nə vəd edə bilər. Bu isə gələcəyin müzakirə mövzusudur".

Qeyd edək ki, Polşa mətbuatı "Poqon"un 22 yaşlı hücumçu üçün "Qarabağ"a 350 min avro ödəməyə hazır olduğunu yazıb.



Xəbər xətti