Xəbər verdiyimiz kimi, dünən Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentina və Fransa milli komandaları üz-üzə gəlib. Penaltilərdə 4:2 hesabı ilə qələbə qazanan Argentina 3-cü dəfə dünya çempionu olub. Oyunu tribunadan izləyənlər arasında Fransa Prezidenti Emmanuel Makron da olub.
“Sitat.info”nun məlumatına görə, Makron oyundan sonra stadiona enərək Fransa yığmasının futbolçuları ilə görüşüb.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
Makronun Kilian Mbappeni təsəlli etdiyi görüntülər isə sosial mediada maraqla qarşılanıb. Belə ki, Fransa Prezidenti oyun zamanı xüsusilə fərqlənən Mbappeni qucaqlayaraq onu sakitləşdirməyə çalışıb.
/Qafqazinfo