Xərçəng aşkarlandığına görə komandadan ayrı qalan “Borussiya”nın hücumçusu Sebastien Haller məşqlərə başlayacaq.
“Sitat.info” xəbər verir ki, 28 yaşlı forvard komandaya qoşulmağa hazırlaşır.
“Bild” nəşrinin yazdığına görə, Fil Dişi Sahili millisinin üzvü yanvar ayında Dortmund təmsilçisinin təlim-məşq toplanışına qoşulacaq.