Uruqvay millisinin üzvləri Edinson Kavani və Xose Mariya Ximenes futboldan 6 ay müddətinə kənarlaşdırıla bilərlər.
Sitat.info-nun "RMC Sport"a istinadən məlumatına görə, buna səbəb sözügedən futbolçuların Qətərdə keçirilən dünya çempionatında Qana yığmasına 2:0 hesabı ilə qalib gəldikləri H qrupunun III tur oyununda baş hakim Daniel Zibertə qarşı kobud və təcavüzkar davranışa yol vermələridir.
Zamex.az - Sizin sürətli və ucuz karqonuz....
FIFA məsələyə aydınlıq gətirməsi üçün Uruqvay Futbol Federasiyasına yanvarın 9-dək vaxt verib. Ali futbol qurumunun İntizam Komitəsi yekun qərarını 2023-cü ilin fevralından tez açıqlamayacaq. Mümkün diskvalifikasiya qərarının oyunçuların milli komanda ilə yanaşı, klublarındakı çıxışlarına da şamil olunacağı gözlənilir.
Kavani hazırda İspaniyanın "Valensiya", Ximenes isə "Atletiko" (Madrid) komandasında çıxış edir.
Qeyd edək ki, Daniel Zibertin bəzi qərarlarından narazı qalan futbolçular final fitindən sonra almaniyalı referinin üzərinə hücum çəkiblər. Mühafizəçilər onları çətinliklə sakitləşdiriblər.