Qızı Pelenin xəstəxanadan fotosunu paylaşıb

14:21 24 Dekabr 2022

Braziliya millisinin sabiq futbolçusu, üçqat dünya çempionu Pelenin qızı Keli Nasimento atasının hazırda müalicə aldığı xəstəxanadan fotosunu paylaşıb.

Sitat.info-nun məlumatına görə, o, əfsanəvi futbolçunun durumunu açıqlamasa da, mübarizənin davam etdiyini bildirib.

"Biz hələ də buradayıq, mübarizə və imanla. Birlikdə başqa bir gecə", - Nasimento paylaşımda yazıb.

Qeyd edək ki, bağırsaq xərçəngi ilə mübarizə aparan Pelenin səhhəti yenidən pisləşib.




Xəbər xətti