Fransada müsəlmanları “təhqir edən” jurnalistə cinayət işi açılacaq

18:20 29 Dekabr 2022

Avropa Anti-İslamizmlə Mübarizə Cəmiyyəti (CCIE) fransız jurnalist Jan-Klod Dasye haqqında cinayət işi açacaqlarını bildirib.
 

Sitat.info xəbər verir ki, Dasyenin  "nifrətə təhrik" maddəsi ilə ittiham ediləcəyi bildirilib.

Fransız jurnalist J Jan-Klod Dasye, Fransanın CNEWS xəbər kanalında dekabrın 27-də yayımlanan "Gözəl komanda" proqramında "Müsəlmanlar Respublikanın vecinə deyil, bu sözün nə demək olduğunu belə bilmirlər"  ifadəsini işlətmişdi.

Dasyenin bu açıqlamaları bəzi siyasətçilərin və fransız Twitter istifadəçilərinin reaksiyasına səbəb olub.

“Yeqinsiz Fransa” (LFI) partiyasından olan millət vəkili Aymerik Karon, Twitter hesabından “Uzun müddətdir xəbər kanalı olmayan CNEWS-də bir daha irqçi diskurs” cümləsini  paylaşaraq   reaksiya verib.  

Sosial şəbəkə istifadəçiləri də fransalı jurnalisti “irqçi ifadələr”ə görə tənqid edərək, Fransada dini mənsubiyyətinə görə bir şəxsə və ya qrupa böhtan atmağın 1 il həbs və 45 min avro cəzası olduğunu xatırladıblar.

Seymur,

SİTAT.İNFO



Xəbər xətti