2022-ci ildə dünyada 66 jurnalist öldürülüb

16:42 30 Dekabr 2022

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) 2022-ci ilin jurnalistlərin təhlükəsizliyi üçün “dağıdıcı” il olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, qurum bu il  66 jurnalist və mətbuat işçisinin işini yerinə yetirərkən həlak olduğunu açıqlayıb.
Mərkəzi Avstriyanın paytaxtı Vyanada olan BMİ-dən verilən açıqlamada, bu il peşələrinə görə öldürülən media mənsublarına dair məlumatlar paylaşılıb.

Açıqlamada 2021-ci ildə öldürülən jurnalistlərin sayının 45 nəfər olduğu, bu il isə 66-ya yüksəldiyi bildirilərək,  həyəcanverici artıma diqqət çəkilib.

Rusiya-Ukrayna müharibəsində 9 jurnalist həlak olub

Rusiya-Ukrayna müharibəsini izləyən 9 media mənsubunun,  Meksikada isə bu il 14 jurnalistin öldürüldüyü barədə məlumatı paylaşan BMİ, rəqənlərin artmasında bu iki bölgədəki itkilərin ciddi rol oynadığını bildirib.

Məğrur, 

Sitat.info



Xəbər xətti