PSJ-nin yarımmüdafiəçisi 16 yaşında meydana çıxdı

11:58 7 Yanvar 2023

Yarımmüdafiəçi Uorren Zair-Emeri  rəsmi matçda start heyətdə meydana çıxan ən gənc PSJ futbolçusu olub.

Sitat.info xəbər verir ki, o, dünən Fransa kubokunun 1/32 finalında keçirilən "Şatoru" ilə matçda (3:1) start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

Fransalı yarımmüdafiəçi 16 yaş 9 ay 29 günlüyündə buna nail olaraq PSJ tarixinin start heyətdə oynayan ən gənc oyunçusu olub. Bundan əvvəlki rekord  17 yaş 1 günlük olarkən meydana çıxan Mamadu Sakoya məxsus idi./Qafqazinfo

 



Xəbər xətti