ABŞ-ın Kaliforniya əyalətində bir müddətdir şiddətli yağış və fırtınalar insanların həyatını iflic edib. Kaliforniyada 34 milyon insanın sel təhlükəsi ilə üzləşdiyi bildirilir.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, artəq fırtınalar səbəbindən əyalətdə 15 nəfər ölüb.
Rəsmilər, ştatda 34 milyon insanın "daşqın təhlükəsi" altında olduğunu vurğulayıblar. Ölümlərin daha çox yol qəzaları, ağacların aşması və hava şəraiti ilə əlaqədar sel suları nəticəsində baş verdiyini bildirən rəsmilər , avtomobili su altında qalan qadının ətrafdakılar tərəfindən xilas edildiyini, 5 yaşlı uşağın da xilas edildiyini bildirib.
Artıq itənlərin tapılması üçün xilasedicilər işə başlayıb. Daşqın və sürüşmə təhlükəsi səbəbindən Santa Kruz bölgəsində 32 minə yaxın, Santa Barbara bölgəsində isə 10 min nəfər təxliyə edilib.
Ştatın şərq hissəsində 2 metrə yaxın qar yağdığı, uçqun təhlükəsi səbəbindən dağların ətrafındakı bəzi əsas yolların bağlandığı qeyd olunub. Santa Klara bölgəsində təxminən 225 min ev və iş yeri işıqsız qalıb.
ABŞ prezidenti Co Bayden Kaliforniya ştatında şiddətli fırtınalar, küləklər və yağışlar səbəbindən yanvarın 8-də fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.
Səid İsaoğlu,
Sitat.info