ABŞ Aerokosmik Agentliyi (NASA) Yerdən təqribən 100 milyon işıq ili uzaqlıqdakı ulduzun ətrafında fırlanan, yaşamaq üçün əlverili olan ekzoplanet kəşf edib.
Sitat.info xəbər verir ki, NASA-nın verdiyi məlumata görə,TESS orbitdəki Dolphin (Dorado) Bürcünün "yaşayış zonasında" yerləşən Yer ölçüsündə ekzoplanet aşkar edib.
Açıqlamaya görə, "TOI 700 e" adlı bu ekzoplanet öz orbitindəki ulduzundan planetin səthində suyun mövcud olmasına imkan verəcək bir məsafədə yerləşir.
NASA-nın tədqiqatçısı Emily Gilbert verdiyi açıqlamada, "Bu, çoxlu, kiçik, yaşayış zonası planetləri ilə bildiyimiz bir neçə sistemdən biridir" deyib.
Bu kəşfin "TOI 700" sistemini daha yaxından izləmək üçün həyəcan verici bir yenilik olduğunu vurğulayan Gilbert, bu yaxınlarda kəşf edilən "TOI 700 e" ekzoplanetinin əvvəlki kəşf "TOI 700 d"dən təxminən 10 faiz kiçik olduğunu söyləyib. O, bunun dünyaların tapılmasına da kömək etdiyini qeyd edib.
Mütəxəssislər daha əvvəl "TOI 700" adlı sistemdə "TOI 700 b, c və d" adlı üç ekzoplanet aşkar etmişdilər.
TESS-in yeni tapıntıları Amerika Astronomiya Cəmiyyətinin ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində keçirilən 241-ci illik toplantısında tədqiqatçılarla paylaşılıb.
Seymur,
Sitat.info